Fransa hakimiyyəti Yay Olimpiya Oyunları ərəfəsində 5 minə yaxın evsiz miqrantı Parisdən qovub.
Publika.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat yayıb.
Hökumət evsiz insanların xüsusi olaraq qarşıdan gələn Olimpiadaya görə Paris küçələrindən qovulmasını inkar edir və bunların hamısının könüllü köçürmə proqramının bir hissəsi olduğunu deyir.
NYT isə əldə etdiyi elektron poçt məktubuna istinad edir. Burada deyilir ki, evsiz miqrantların köçürülməsində məqsəd Olimpiya obyektlərinin yaxınlığındakı ərazilərdə küçələrdə olan insanları dəqiq müəyyən etməkdir. Qeyd olunur ki, Parisdə Olimpiya kəndi minlərlə insanın küçə düşərgələrində və ya tərk edilmiş binalarda yaşadığı ən kasıb şəhərətrafı qəsəbələrdən birində yaradılıb.
Qəzetin məlumatına görə, Parisdə və onun ətraflarında 100 minə yaxın evsiz yaşayır.
Qeyd edək ki, Parisdə Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək, Paralimpiya Oyunları isə avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.
Heybət