Husilər Yəmən sahillərində, Ədən körfəzində "True Confidence" yük gəmisinə hücum ediblər.
Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Sənadakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində Barbados bayrağı altında üzən gəmi heyətindən 2 nəfər həlak olub.
Artıq "Ənsarullah" hərəkatı Ədən körfəzində yük gəmisinə hücum etdiklərini təsdiqləyib. Hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya zərbələr nəticəsində gəmidə yanğın başladığını bildirib.