Fransa Superkuboku uğrunda oyun təxirə salınıb.
Publika.az xəbər verir ki, ölkə çempionu və kubokun qalibi PSJ ilə Liqa 1-in gümüş mükafatçısı "Monako" arasında kubok matçı avqust 8-də Pekində keçirilməli idi.
PSJ-nin mətbuat xidməti Superkubok matçının Çində keçirilməyəcəyini və oyunun gec tarixə təxirə salındığını bildirib.
Qeyd edək ki, baş tutacaq iclasdan sonra görüşün yeni yeri və tarixi daha sonra açıqlanacaq.
Heybət