Son zamanlar türkiyəli milyarder Hakan Sabancı ilə eşq yaşadığı deyilən, gündəmdən düşməyən məşhur aktrisa Hande Erçel "InStyle" jurnalına müsahibə verib.
Publika.az xəbər verir ki, aktrisa münasibətləri məhz qarşılıqlı hörmətin tarazlıqda saxladığını deyib.
Erçel sevgi münasibətlərində hörmətin çox önəmli olduğunu əlavə edib:
“Məncə, münasibəti tarazlıqda saxlayan hörmətdir. Düşünürəm ki, iki sevən şəxsin bir-birinin həyata baxışına və maraqlarına hörmət etməsi hər bir əlaqənin ən vacib nöqtəsidir".
Aktrisa hazırda çox məhsuldar dövrdə olduğunu da bildirib:
“Bu dövr yeniliklərdən həyəcanlandığım, axardan həzz aldığım, eyni zamanda sakit olduğum günlərdir”.
Müsahibə zamanı Hande Erçel həyatında ən vacib məqamın ailəsi olduğunu açıqlayıb: “Ailə mənim üçün hər şey deməkdir”.
O, müsahibəsini bu fikirləri ilə bitirib:
“Adətən ürəyimin səsini dinləyib rasional qərarlar verirəm. Ürəyimin səsi məni çox vaxt doğru yola yönəldir”.
Cəmilə