Yulian Naqelsmann Avropa çempionatları tarixində ən gənc baş məşqçi olub.
Publika.az xəbər verir ki, Almaniya millisinin baş məşqçisi buna AVRO-2024-ün Şotlandiyaya qarşı açılış matçında iştirak etməklə nail olub. Naqelsmann oyun vaxtı 36 yaş 327 günlük olub.
“Bavariya”nın sabiq çalışdırıcısı 36 yaş 333 gündə Avro-2000-də Sloveniya millisinin baş məşqçisi olmuş Sreşko Kataneçin rekordunu yeniləyib.