Əfqanıstanda radikal "Taliban" hərəkatının qüvvələri ilə Pakistanın sərhəd qoşunları arasında iki ölkənin sərhədində silahlı toqquşmalar baş verib.
QÜTB.AZ xəbər verir ki, döyüşlər Əfqanıstanın Xost vilayətində başlayıb. Toqquşmada yüngül və ağır silahlardan istifadə edilib.
Münaqişəyə səbəb kimi "Taliban"ın üç gündür mübahisəli sərhəd bölgəsində postlar tikməsi göstərilir.
Zərərçəkənlər barədə məlumat yoxdur.