ABŞ-ın Federal Rabitə Komissiyası (FCC) yeni genişzolaqlı internet standartını açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə XDA məlumat yayıb.
Departament belə qənaətə gəlib ki, yükləmə sürəti saniyədə 100 meqabit, ötürmə sürəti isə saniyədə 20 meqabitdən çox olduqda halda genişzolaqlı internet bağlantısı hesab olunur. Beləliklə, FCC standartları dəyişdirib. 2015-ci ildən yükləmə və ötürmə sürəti saniyədə ən azı 25 və 3 meqabit olduqda şəbəkə bağlantısı genişzolaqlı adlanır.
FCC yeni nəzarət standartının həm müştərinin ehtiyacları, həm də internet provayderlərinin imkanları nəzərə alınmaqla seçildiyini vurğulayıb. Eyni zamanda, FCC əmindir ki, ABŞ-da daha yaxşı internet bağlantısı yaradıla bilər.
Tənzimləyici gələcəkdə yükləmə sürəti saniyədə 1 giqabit, ötürmə sürəti isə saniyədə 500 meqabit olarsa, genişzolaqlı əlaqəni belə hesab etməyi planlaşdırır.
FCC hesabatında deyilir: "Qabaqcıl telekommunikasiya imkanları amerikalıların ümumi sayına əsasən ağlabatan və vaxtında tətbiq edilmir".
Komissiya hesab edir ki, 24 milyon ABŞ sakini sabit yerüstü genişzolaqlı internetdən məhrumdur.
Hüseyn İbadlı