Premyer Liqa maliyyə sabitliyi qaydalarını pozduğuna görə “Everton”u yenidən cərimələyib.
Qütb.az xəbər verir ki, klubun buna görə daha iki xalı silinib. İkinci cərimələnmədən sonra “Everton”un xalı 27-ə düşüb. Mersesayd təmsilçisi “Brentford”dan (29 xal) geri düşərək, turnir cədvəlində 16-cı yerə enib.
Düşmə zonasında yer alan “Luton Taun”un aktivində 25 xal var.
Qeyd edək ki, noyabrda “Everton”dan 10 xal silinsə də, apelyasiya şikayəti əsasında 6-ya endirilib.