ABŞ-ın Müstəqillik Günündə ölkə daxilində atışma və digər zorakılıq aktları nəticəsində azı 33 nəfər həlak olub, onlarla insan yaralanıb.
Publika.az xəbər verir ki, təkcə Çikaqoda atışmalarda iki qadın və bir 8 yaşlı oğlan olmaqla 11 nəfər ölüb, 55 nəfər yaralanıb.
İyulun 4-ü tarixi ABŞ-da ilin ən ölümcül günlərindən biridir. Bir il əvvəl bayram zamanı atışmalarda ondan çox adam həlak olub, 60-dan çox insan yaralanıb. Və bir il əvvəl Çikaqo yaxınlığında kütləvi atışmada yeddi nəfər dünyasını dəyişib.
Cəmilə