30.12.24 | Bakı 6.03° C |
10:06:25
Lent :

Qəzada həlak olan 24 nəfərin nəşi tibbi ekspertizadan keçirilir

29 dek 2024 05:01
SƏHİYYƏ
ads
Advertisement

Qazaxıstanın Aktau şəhərində "Embraer-190" təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan üç ekipaj üzvünün və 21 sərnişinin cənazəsi tibbi ekspertiza məqsədilə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələrinə aparılıb.

QÜTB.AZ xəbər verir ki, sözügedən şöbələrdə cənazələrin təkrar müayinəsi həyata keçiriləcək.

Baş Prokurorluğun İstintaq İdarəsinin qərarına əsasən, həlak olanların nəşi məhkəmə-tibbi müayinədən keçiriləcək, ekspertiza rəyi hazırlanaraq aidiyyəti üzrə Baş Prokurorluğun İstintaq İdarəsinə təqdim ediləcək.

Xatırladaq ki, dekabrın 28-də "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) və 21 sərnişinin nəşlərini Bakıya gətirilib.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur