01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Bu ölkə İsrailə silah tədarükünü dayandırdı

20 yan 2024 13:00
GÜNDƏM
ads

Qəzza zolağında müharibə başlayandan sonra Roma İsrailə silah tədarükünü dayandırıb.

Publika.az xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər Nazirliyinin rəhbəri, baş nazirin müavini Antonio Tajani “Quotidiano Nazionale” qəzetinə müsahibəsində bildirib.

“Bütün bunlar bloklanıb. İsrailə ən çox silah göndərildiyi dövr Cüzeppe Kontenin baş nazirliyi dövrünə təsadüf edir (o, 2018-2021-ci illərdə iki Nazirlər Şurasına rəhbərlik edib – red.). Lakin hərbi əməliyyatların başlaması ilə biz istənilən növ silah sistemlərinin və hərbi texnikanın bütün tədarükünü dayandırdıq”, - deyə o bildirib.

Tacaninin sözləri Demokrat Partiyasının lideri Elli Şleynin bəyanatlarına cavab olub.

O, hökumətləri mövcud münaqişələri alovlandırmamaq üçün Yaxın Şərqə, xüsusən də İsrailə silah satışını dayandırmağa çağırıb. Tacani Şleynin açıqlamalarını təbliğat adlandırıb və Demokrat Partiyasını daha məlumatlı olmağa çağırıb.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur