Rusiyanın Tomsk vilayətinin Seversk şəhərinin tibb işçiləri onlara ayrılan mükafatların hələ də verilməməsindən Rusiya prezidenti Vladimir Putinə şikayət ediblər.
Qütb.az xəbər verir ki, bir qrup həkimin müraciətinin yer aldığı videonu "Vtomske" portalı öz Telegram kanalında yerləşdirib.
Həkimlərin sözlərinə görə bir neçə aydır ki, mükafat almırlar. Bundan başqa, tibb işçiləri şəhərdə səhiyyə sisteminin acınacaqlı durumda olduğunu , bəzi təcili yardım maşınlarının sıradan çıxdığını, bəzi ixtisaslar üzrə həkimlərin - hematoloq, revmatoloq, neyrocərrah, uşaq nevroloqu və allerqoloqların sadəcə olaraq olmadığını deyiblər.
Tomsk vilayətinin prokurorluğu artıq həkimlərin müraciəti ilə bağlı araşdırma aparıldığını bildirib.
“Nəzarət qurumu tibb işçilərinin həvəsləndirici ödənişlər almaq hüquqlarına riayət olunmasını qiymətləndirəcək”, deyə - prokurorluqdan bildirilib.