Rusiya prezidenti Vladimir Putinlə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.
Publika.az xəbər verir ki, bu barədə Kreml öz Telegram səhifəsində məlumat yayıb.
Söhbət zamanı iki ölkə liderləri cari məsələləri müzakirə edərək, ticarət-iqtisadi, nəqliyyat, logistika və enerji sahələrində birgə layihələri vurğulayıblar.
Bundan əlavə, Tokayev Putinin Federal Məclisə göndərdiyi mesajın mənalı xarakterini qeyd edib.
“Rusiya və Qazaxıstan arasında müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli möhkəmləndirilməsinə dair qarşılıqlı öhdəlik təsdiqləndi”, - Kremldən bildiriblər.
Tural