Avropa Superliqasının sahibi olan "A22 Sports Management"in həmtəsisçisi olan Anas Laqrari layihə haqqında açıqlama verib.
Publika.az xəbər verir ki, o, 50 klubla danışıqlar aparıldığını və onlardan 20-sinin “hə” dediyini bildirib.
“Adlarını çəkmək istəmirəm. Dekabrın 21-dən bəri təxminən 50 müxtəlif klubla danışdıq. Onlardan 20-yə yaxını layihəyə çox həvəslidir. Artıq yarışa başlamaq üçün kifayət qədər klubumuz var.
Biz müxtəlif klublar, azarkeş assosiasiyaları, oyunçular və gündəlik olaraq futbolla məşğul olan insanlarla müzakirələr aparırıq. Onların hamısı bizi bu layihəni daha yaxşı təşkil etməyə təşviq edir. Çünki alternativ təklif etmək mümkün və qanuni olduğundan, iştirakçılar bizimlə işləmək istəyirlər. Biz futbolu təkmilləşdirmək üçün birlikdə addımlaya bilərik”.
Xatırladaq ki, dekabrın 21-də Avropa Məhkəməsi FİFA və UEFA-nın 2021-ci ildə Super Liqanın yaradılmasını qadağan edən qərarlarını qanunsuz elan edib.
Heybət