İlham Əliyev Hacıqabul rayonunda
"Qarabağ" ın növbəti potensial rəqibləri - SİYAHI
Azərbaycan çempionu “Qarabağ”ın növbəti mövsüm Çempionlar Liqasının I təsnifat mərhələsi üçün növbəti potensial rəqibləri bəlli olub.
QÜTB.AZ xəbər verir ki, daha 4 komanda Ağdam təmsilçisinə rəqib ola bilər.
Bunlar Gürcüstan “Dinamo”su (Batumi), Şimali Makedoniya “Struqa”sı, Lüksembuq “Differdanj” və Monteneqro “Deçiç”idi. Ölkələrinin çempionu olan adıçəkilən komandaların püşkatma zamanı səpələnməmişlərdə yer alacağı dəqiqləşib.
Daha əvvəl Litvanın “Panevejis”, Qazaxıstanın “Ordabasi”, İslandiyanın “Vikinqur”, San Marinonun “Virtus”, Belarusun “Dinamo” (Minsk), Sloveniyanın “Selye”, Maltanın “Hamrun”, Şimali İrlandiyanın “Larne” və Andorranın “UE Santa Koloma” kollektivlərinin zəiflər sırasında qərarlaşacağı məlum idi.
“Qarabağ”la yanaşı, “Ferensvaroş” (Macarıstan), “Slovan” (Slovakiya), “Ludoqorets” (Bolqarıstan), HİK (Finlandiya), “Flora” (Estoniya), “Styaua” (Rumıniya), “Klaksvik” (Farer adaları), “Şemrok Rovers” (İrlandiya), “Linkoln” (Cəbəllütariq), TNS-in (Uels), RFŞ (Latviya) və “Petrokub” (Moldova) səpələnmişlərdə olacaq.
“Ballkani”nin (Kosovo) səbəti isə qeyri-müəyyəndi.
Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.