07.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Ermənistanın milli qəhrəmanı həbs edildi - Yeniləndi

05 yan 2025 10:00
GÜNDƏM
ads
Advertisement

İrəvan məhkəməsi Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş birinci müavini, general-leytenant Tiran Xaçatryanın həbsi barədə qərar çıxarıb.

QÜTB.AZ xəbər verir ki, bu barədə onun vəkili Varazdat Arutyunyan sosial şəbəkədə məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl Baş Qərargah rəisinin keçmiş müavini barəsində 44 günlük müharibə zamanı yol verdiyi qanun pozuntularına görə cinayət işi açılıb. General ittihamları qəbul etməyib. Məhkəmə xidməti səhlənkarlıq ittihamı ilə onu iki ay müddətinə həbs edib.

***

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş birinci müavini, general-leytenant Tiran Xaçatryan saxlanılıb.

Bu barədə QÜTB.AZ Ermənistan KİV-inə istinadən xəbər verir.

Məlumata görə, Ermənistanın milli qəhrəmanı T.Xaçatryan 2020-ci ilin payızında baş vermiş 44 günlük müharibənin bəzi epizodları ilə bağlı saxlanılıb.

“General bu gün səhər saatlarında saxlanılıb. Gözlənilir ki, günün sonuna qədər məhkəmə istintaqın həbslə bağlı müraciətinə baxacaq”, - xəbərdə vurğulanıb.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
136 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur