Fransız moda evi "Chanel" Rusiya bazarını tamamilə tərk etmək qərarına gəlib.
Qütb.az xəbər verir ki, bu barədə “Kommersant” (“Kommersant”) məlumat yayıb.
Üç anonim mənbə nəşrə bildirib ki, lüks brend butiklərinin pərakəndə satış yerlərini boşaltmağa başlayıb. Hazırda şirkət rəhbərliyi binaların icarə müqavilələrinə xitam verilməsi ilə bağlı danışıqlar aparır.
Qeyd edək ki, 2022-ci ilin martında "Gucci", "Balenciaga" və "Yves Saint Laurent" kimi lüks brendlərinin sahibi olan "Kering" şirkətlər qrupu Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyadakı mağazalarını bağladığını elan etdi. Fransız moda evi "Louis Vuitton" da 124 rus butikini bağlayıb, "Hermes" və "Chanel" də fəaliyyətini dayandırıb.