07.08.25 | Bakı 27.03° C |
10:06:25
Lent :

Gəncədə yeni lisey fəaliyyətə başlayır

07 avq 2025 21:00
GÜNDƏM
ads
Advertisement

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyət planına uyğun olaraq, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan iki ümumi təhsil müəssisəsində mühüm struktur dəyişiklikləri həyata keçirilib.

 

Qutb.az xəbər verir ki, Gəncə şəhər S.Vurğun adına 41 nömrəli ümumtəhsil məktəbi humanitar və təbiət fənləri təmayüllü lisey statusu alıb.

 

Göygöl şəhər texniki və təbiət fənləri təmayüllü lisey isə fəaliyyətini təkmilləşdirərək yeni tədris ilinə daha güclü resurslarla başlayır.

 

V–IX siniflər üzrə şagird qəbulu üçün qeydiyyat 5–13 avqust tarixlərində sy.edu.az platforması üzərindən aparılacaq.

 

Qəbul imtahanları isə 16–17 avqust tarixlərində təşkil ediləcək.

 

Fəaliyyət göstərəcək liseylərdə:

 

– Fənlərin tədrisi ən yüksək nəticələrə malik peşəkar müəllimlər tərəfindən aparılacaq;

 

– Şagirdlərin bilik və bacarıqlarını inkişaf etdirmək üçün fərdi yanaşmalar təmin ediləcək;

 

– Tələb və ehtiyaclara uyğun yeni nəsil təlim metodları tətbiq ediləcək;

 

– Hər bir şagirdin inkişafına sistemli və məqsədyönlü dəstək veriləcək.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
27.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur