NATO-nun Strateji Əlaqələr üzrə Mükəmməllik Mərkəzinin direktoru Janis Sarts, Almaniyanın “Bild” nəşrində Şimali Atlantika Alyansının Rusiyanın mümkün hücumuna hazırlaşdığına dair dərc edilən materiala münasibət bildirib.
Publika.az xəbər verir ki, Sarts materialın məxfi kəşfiyyat təhlili deyil, təlim ssenarisi olduğunu bildirib. O, bu barədə “X”sosial şəbəkəsində məlumat verib.
“Təlim ssenarisi hər zaman müəyyən bir ərazidə hərbi imkanları sınamaq üçün xəyali bir vəziyyətdir”, - o, təfərrüatları paylaşıb. Sartsın fikrincə, əvvəllər müvafiq ssenarilər tamamilə uydurma, mövcud olmayan ölkələr və coğrafi ərazilər idisə, indi ssenarilərdə real ölkələrdən və coğrafi ərazilərdən istifadə olunur. O, “Bild”in iddiasının gizli bir kəşfiyyat analizi olmadığını yazıb.
Tural