06.02.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Şabranda yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı

28 yan 2025 11:00
GÜNDƏM
ads
Advertisement

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Şabran şəhərində yerləşən “Vüsal petrol” yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb.

FHN-dən QÜTB.AZ-a verilən məlumata görə, keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki:

- obyektdə mövcud olan avtomatik yanğınxəbərverici siqnalizasiya sistemi işlək vəziyyətdə deyil, yanğın su hovuzu istifadəyə yararsızdır;

- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib, mövcud olan odsöndürən balonların tərkibi yenisi ilə əvəz olunmayıb;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;

- obyektdə mövcud olan ildırımötürücünün sazlığı barədə mütəxəssis aktı tərtib olunmayıb;

- obyektin ərazisi yanar tullantılardan təmizlənməyib.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Şabran şəhərində yerləşən “Vüsal petrol” yanacaqdoldurma məntəqəsinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
141 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur