İsrailin baş naziri Benyamin Netanyahu dostu, "Mossad agenti" olduğu iddia edilən Alan Derşovitsi Təl-Əvivin mühakimə olunduğu Beynəlxalq Ədalət Məhkəməsində müdafiə qrupunun rəhbəri təyin etmək istəyir. Derşovitsi isə Epştein faylında qaçırılan kiçik qıza təcavüz etməkdə günahlandırılır.
Publika.az xəbər verir ki, Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırılan işdə qalmaqallı bir məsələ ola bilər. Qlobal kəşfiyyat xəbər nəşri "Intelligence Online" (IO) tərəfindən xüsusi mənbələrdən əldə edilən məlumata görə, İsrail Baş naziri Binyamin Netanyahu BƏM-də baxılan işdən müsbət nəticənin çıxacağına inanmır. Mənbələrə görə, Netanyahu yaxın dostu, dünya şöhrətli vəkil Alan Derşovitsinin ICJ-də İsraili müdafiə edən hazırkı hüquq qrupunun rəhbəri təyin olunmasını istəyir. ABŞ-da qalmaqalların mərkəzində olan Derşovitsi “Mossad agenti” kimi tanınır.
Tam adı Alan Morton Derşovitsi ABŞ Konstitusiya Qanunu və ABŞ Cinayət Hüququ sahələrində ABŞ-da ən tanınmış hüquqşünaslardan biridir. Hüquq professoru Derşovitsi, həm də Harvard Universitetinin Hüquq Məktəbində dərs deyir. O tez-tez dünyada qalmaqal yaradan işlərdə müttəhimin vəkili kimi çıxış edir.
2006-cı ildə Alan Derşovitsi həm də gənc qızları zorla fahişəlik şəbəkəsinə cəlb edən və dünyaca məşhur adları seks məclislərinə aparan amerikalı milyarder Cefri Epşteynin hüquq qrupunun baş məsləhətçisi vəzifəsində çalışıb. Derşovitsi həmçinin cinsi cinayətkar və uşaq alverçisi Ceffri Epşteyn tərəfindən qaçırılan qızı zorlamaqda ittiham olunur. İsrailin baş naziri Benyamin Netanyahunun Derşovitsi istəməsinin səbəbi məşhur vəkilin İsraillə bağlı fikirləridir.
Derşovitsi əvvəllər terror şübhəsi ilə saxlanılan insanlara “işgəncə verilməlidir” iddiası ilə böyük reaksiya vermişdi. Özü də 1983-cü ildə keçmiş həyat yoldaşına qarşı zorakılıq etdiyi üçün mühakimə olunub. Keçmiş həyat yoldaşı Sue Barlach isə Nyu Yorkdakı bir göldə ölü tapılmışdı.
Aysel Şahmar