30.12.24 | Bakı 6.03° C |
10:06:25
Lent :

Fransanın yeni Baş nazirindən İLK TƏYİNAT

07 sen 2024 04:00
GÜNDƏM
ads

Fransanın Baş naziri Mişel Barnye vəzifə səlahiyyətlərinə başlayan kimi ilk təyinatını edib.

QÜTB.AZ xəbər verir ki, Fransa ResQutb.azsının rəsmi jurnalında dərc olunmuş məlumata görə, Nolven Şuffot Baş nazir yanında xüsusi tapşırıqlar üzrə nümayəndə təyin edilib.

N.Şuffot əvvəllər Eduard Filip, sonra Jan Kasteks və Elizavet Born dövründə olduğu kimi, Qabrial Attal zamanında da Matinyonda bu missiyanı yerinə yetirib. O, artıq Fransua Ollandın, Manuel Vals, sonra Bernard Kaznevin prezidentliyi dövründə bu cür vəzifələrdə çalışıb. AGF-nin sabiq müşaviri, daha sonra bölmə polis komandiri olan Nolven Şuffot 2009-2015-ci illərdə Daxili İşlər Nazirliyində milli polisin baş direktorunun kabinetində həssas məlumatların idarə edilməsinə görə məsul vəzifədə çalışıb.

Xatırladaq ki, Mişel Barnye sentyabrın 5-də Prezident Emmanuel Makron tərəfindən Baş nazir vəzifəsinə təyin edilib. Uzun sürən məsləhətləşmələr və danışıqlar prosesindən sonra ona yeni hökuməti formalaşdırmaq tapşırılıb.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur