İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
“Hər hansısa iddianı ciddiyə alıb, cavab vermək insanın özünə bir az mənfi təsir edə bilər. Kimsə iddia edir ki, Elşad Miri ateistdir, amma özünü ilahiyyatçı kimi qələmə verir. Bunu iddia edən adam, həqiqətən, Elşadı tanımayan insandır. Elşad ateistdirsə, ateistliyini açıq şəkildə deyəcək qədər cəsarətli insandır. Elşad deist, yaxud aqnostikdirsə, bunu da rahatlıqla ifadə edə biləcək cəsarətin sahibi olan bir şəxsdir. Hazırda bu qədər mövcud olan dindarları və ya dini darları, din xadimlərini qarşısına qoyub "Quran" həqiqətlərini insanlara çatdırırsa, heç vaxt heç kimin demədiyi vaxtlarda da bunları deyibsə, deyirsə və deməyə davam edirsə, deməli, Elşad sözündə bütöv adamdır. Özümü gizlədim? Bu, absurd olar. Ümumiyyətlə, özünü gizlədən bir insan özünü niyə açıqlasın? Əksinə, mənim gətirdiyim məsələ insanları ateizmə, deizmə, aqnostizmə səsləyən, aparan, dinsizliyə gətirib çıxaran iddiaların, səhv "Quran" tərcümələrinin, yanlışların aradan qaldırılması ilə bağlıdır”.
Qutb.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında ilahiyyatçı Elşad Miri deyib.
“Bu gün bir insan Merac hadisəsini oxuyub, ateist olduğunu iddia edirsə, mən bu hadisənin "Quran"da da keçmədiyini, adicə Peyğəmbərə istinad edilən həmin o rəvayətlərin özündə belə bu məsələ ilə bağlı ziddiyyətlərin olduğunu deyirəm. Bunun zərdüştlükdən götürülərək İslamlaşdırılmış bir format olduğunu insanların diqqətinə çatdırıram. Məsələn, "Quran" tərcümələrində qeyd olunur ki, Cənnətdə sinələri yenicə çıxmış qızlar veriləcək. Bu iddiaya, pedofilliyə, axmaq düşüncəyə, yanlış tərcüməyə haqq qazandıranların əleyhinə çıxıramsa və bunu tərcümə edən akademiklərdirsə, akademiklərin bu fikir və düşüncələrinə etiraz edib, həqiqəti gün üzünə çıxarıramsa, bu, ateizmdir? Yoxsa tamamilə əksinə, ateizmə sürükləyən iddiaların aradan qaldırılması ilə bağlıdır? Tək bu deyil. Məsələn, Məhəmməd Peyğəmbər 53 yaşı olanda guya nişanlanıb, qızın 9 yaşı olanda onunla zifafa girib. Bu iddiaların da doğru olmadığını, belə bir şeyin həyata keçmədiyini qeyd etmək ateizmdirmi? Bundan başqa, Peyğəmbərin oğulluğunun boşanmış xanımı ilə evləndiyi iddialarına qarşı gəlmək ateistlikdir? Təbii ki, xeyr. Məsələyə bu prizmadan baxdığımız zaman görürük ki, iddiaların özü tutarsızdır, ziddiyyətlidir. Sadəcə, ateistlərin din əleyhinə istifadə etdikləri arqument kimi məsələlərin aradan qaldırılması ilə bağlıdır. Bəzən güclü arqumentləri zəiflətməkdən ötrü bu cür iddiaların ortaya atıldığının şahidi oluruq. Təəssüflər olsun...”, - o bildirib.