Ev uçqunu zamanı dağıntılar altında qalan şəxsin axtarışları davam edir - VİDEO
Azərbaycanda 12 yaşlı qız öldü
Müəmma: xəsarət yox, zorakılıq yox, ortada üç bacının cəsədi var
                                                    "Bakı Metropoliteni"ndə 964 Əlaqə mərkəzi fəaliyyətə başlayıb.
Bu barədə Qutb.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, bu addım sərnişin məmnuniyyətinin yüksəldiməsi istiqamətində görülən işlərin tərkib hissəsidir:
"Texnoloji yeniliklərin rəqəmsal tətbiqi ilə yeni tərkib və formada xidmət göstərəcək Əlaqə mərkəzinin operatorları həftənin 7 günü, saat 07:00-dan 23:00-a qədər zəngləri cavablandıracaq. Mərkəzdə vətəndaşlardan daxil olan bütün sorğu, təklif və şikayətlər qeydə alınacaq və müvafiq qaydada yönləndirilməsi həyata keçiriləcək.
Əməkdaşlar operativ qaydada fəaliyyət göstərərək 15 saat fasiləsiz xidmət başında olacaqlar".