ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Yaxın Şərq üzrə müşaviri Massad Bulos milyarder kimi şöhrət qazanmasına baxmayaraq, kiçik yük maşını satıcısı imiş.
QÜTB.AZ xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Nəşrin məlumatına görə, Trampın yeni müşaviri dünya mediası tərəfindən maqnat və milyarder kimi təqdim edilib. Tramp isə onu “geniş beynəlxalq təcrübəyə malik iş dünyasında çox hörmətli lider” adlandırıb. Prezidentin müşaviri 66.000 dollardan az mənfəəti olan "SCOA Nigeria PLC"nin baş direktorudur.
“Oğlu, Trampın qızı Tiffani ilə evli olan Livan əsilli amerikalı Bulosun əhəmiyyətli sərvətə malik şəxs olduğuna dair heç bir işarə yoxdur”, - nəşr qeyd edir.
Bundan əlavə, bəzi KİV-lərdə yer alan məlumata görə, Trampın müşaviri ilə əlaqələndirilən "Boulos Enterprises" şirkəti, onunla heç bir qohumluq əlaqəsi olmayan Bulos ailəsinə məxsusdur.
Adəm Abbaslı