Ticarət məlumatları göstərir ki, bazar ertəsi səhər dünya neft qiymətləri Yaxın Şərqdə geosiyasi risklər fonunda artmaqdadır.
Publika.az xəbər verir ki, Bakı vaxtı ilə saat 08.35-ə olan məlumata görə, Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti 0,37% artaraq 80,58 dollar/barelə, WTI markalı neftin sentyabr fyuçersləri isə 0,26% artaraq 77,36 dollara yüksəlib.
Analitiklər bazar iştirakçılarının diqqətinin neftin əsas idxalçısı və istehlakçısı Çindən tələblə bağlı narahatlıqdan sonra Yaxın Şərq dövlətləri arasında geosiyasi vəziyyətə doğru dəyişdiyini qeyd edirlər.
"Çin iqtisadiyyatı ilə bağlı narahatlıqlar keçən həftə enerji və əmtəə qiymətlərinə təsir etdi... Lakin tələblə bağlı narahatlıqlar bu həftənin əvvəlində yerini Yaxın Şərqdə artan geosiyasi risklərə vermiş ola bilər", - “Bloomberg” yazıb.
Tural