07.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Avtomobili yoxdur, amma 800 manat cəriməsi var

05 yan 2025 23:00
GÜNDƏM
ads
Advertisement

Avtomobili olmayan vətəndaşın ünvanına cərimə protokolları gəlib.

QÜTB.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, belə bir vəziyyətlə Biləsuvar sakini Amid Əliyev üzləşib.

O, sürücü kimi cəmi 10 gün işləyib. Lakin 2 gün əvvəl ona tanımadığı avtomobilin cərimələri gəlməyə başlayıb.

Taksi fəaliyyəti göstərmək üçün sürücülük vəsiqəsi alan vətəndaş deyir ki, ünvanına gələn cərimələrin heç biri ona aid deyil. Bir müddət əvvəl taksi şirkətində işləsə də, indi gələn cərimələr o avtomobilə də aid deyil.

Amid Əliyevin sözlərinə görə, cərimələr eyni gün və eyni saatda ard-arda gəlib. Hazırda ona 800 manat və 8 cərimə balı yazılıb.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, vətəndaş problemlə əlaqədar quruma yazılı şəkildə müraciət etməlidir. Sonra vətəndaşın rəsmi müraciəti əsasında araşdırma aparılacaq və problemin aradan qaldırılması üçün qanuna uyğun tədbirlər görüləcək.

Ətraflı süjetdə:

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
136 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur