29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Qadın futbolçular meydana çıxmaqdan imtina edirlər: Bu səbəbdən

07 mar 2024 11:00
İDMAN
ads

Litva Futbol Federasiyasının prezidenti Edqaras Stankeviçyus bildirib ki, Litvanın qadınlardan ibarət milli komandası 2025-ci il Avropa çempionatının seçmə turnirində Belarus millisi ilə oynamayacaq.

Publika.az xəbər verir ki, Stankeviçyusun sözlərinə görə, federasiya Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) milli komandaya iki texniki məğlubiyyət verməsinə hazırdır:

“İdman komponentindən danışsaq, püşkatma kifayət qədər əlverişlidir. Hər üç komandanı məğlub etmək olar, lakin biz Belarusla oynamağı planlaşdırmırıq. Çox ümid edirəm ki, sanksiyalar 0:3 hesablı texniki məğlubiyyətlə məhdudlaşacaq və qızlarımız seçimdə iştirakını davam etdirəcəklər. Onlar qrupda ikinci yer və növbəti mərhələyə vəsiqə uğrunda mübarizə apara bilirlər. Mənim üçün ən önəmlisi diskvalifikasiya edilməməyimizdir. Bu, ən ağrılı variant olardı”.

Litva qadınlardan ibarət milli komandasının kapitanı və yerli futbol assosiasiyasının baş direktoru Milda Lujinite millinin Belarusla oynamaqdan imtina edəcəyini təsdiqləyib. “Hətta bu iki matç olmasa belə, qrupda ikinci yeri tuta bilərik”, - deyə Lujinite bildirib.

Qeyd edək ki, bu həftə qadınlar arasında 2025-ci il Avropa çempionatının seçmə turnirinin püşkatma mərasimi keçirilib. Belarus və Litva C Liqasının birinci qrupunda Kipr və Gürcüstanla birlikdə yer alıb.

Heybət


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur