28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Faiq kimi nəzərdə tutdu?

06 iyn 2024 10:00
GÜNDƏM
ads

"Bir personaj var, o kanaldan çıxıb, digərinə girir. 1865-ci ildə bir mahnı oxuyub. O tarixdən bu günə kimi bircə yeni mahnı oxumayıb. Yaşlı insandır, onu efirlərə çağırırlar ki, başqa insanları söysün. Ay qardaş, mahnını oxu da. Sənin şöhrətli və şanlı sənət yolun da olmayıb ki, biz köhnə baqajına görə sənə hörmət edək".

Publika.az bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev "Xəbərin var?" maqazin verilişində deyib.

O, yaşlı həmkarının efirlərdə gəncləri tənqidedici çıxışlarını sərt şəkildə qınayıb:

"O şəxsin cəmi bir mahnısı var. O da ki böyük bir sənətkarın qanadının altında gizlənmişdi. Bir qrupun solisti idi. Çağırmayın da bu insanı efirə. Böyük cavana düşmən kəsiləndə dərhal mənə də düşmən kəsilir. Çünki mən bu sənətə gələnə qədər çox sayda "Hələ sən cavansan, çox şeylər olacaq. Hara tələsirsən..." kimi kəlmələri eşitmişəm. Yəni onlar mənim və bir sıra müğənninin önünə çəpər qoyurdular. Ona görə gənclərə yalnız dəstək olmaq lazımdır. Təbii ki, əgər o və mahnısı buna layiqdirsə. Dur arxasında, kömək elə... Biz əgər pisləri qınayırıqsa və zövqümüzü xarab olmasında günahlandırırıqsa, yaxşıları da zamanında tərifləmək lazımdır".


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur