Arxeoloqlar bəyan edirlər ki, Almaniyanın cənubunda aşkarladıqları kütləvi məzarlıq Avropada tapılan ən iri məzarlıq ola bilər.
Publika.az xəbər verir ki, Almaniyanın Nürnberq şəhərində yeni qocalar evinin tikintisi ərəfəsində qazıntı aparılıb. Oradan indiyədək 500-dən çox insanın çoxəsrlik qalıqları aşkar edilib.
Güman edilir ki, burada 1500-ə qədər insan dəfn olunmuş ola bilər. Müvəqqəti hesablamalar 8 taun çuxurunun 17-ci əsrin birinci yarısında qazıldığını göstərir.
"Biz tikinti sahələrində tapılan bütün insan qalıqlarını qoruyub saxlayacaq və arxivləşdirəcəyik. Hazırda güman edirik ki, işlər yazda başa çatdıqdan sonra bu, Avropada qazılmış taun qurbanları üçün ən böyük qəbiristanlıq olacaq", - arxeoloq Melani Lanqbeyn və baş antropoloq Florian Melzer bildirib.
Roza