Azərbaycanda “Facebook”, “Instagram” və “Threads” sosial şəbəkələrində qlobal problem yaranıb.
Publika.az xəbər verir ki, anidən hesablardan çıxış edilib.
Hazırda bir çox istifadəçi sözügedən sosial şəbəkə platformalarındakı profilinə daxil ola bilmədiyini bildirir.
Problemlə əlaqədar "Downdetector" da məlumat yayıb.
İstifadəçilərin sözügedən platformalara daxil olmaqda çətinlik çəkdiyi bildirilir. Həmçinin qeyd edilir ki, öz hesabına daxil olanlar üçün xəbər lenti yüklənmir, "Instagram"da video bölməsi - "Reels" işləmir.
Qeyd edək ki, məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Hüseyn İbadlı