Keniyada “Əş-Şəbab” silahlılarının Somali ilə sərhəd yaxınlığındakı qəsəbəyə hücumu nəticəsində azı 6 nəfər ölüb.
Publika.az xəbər verir ki, bu barədə “Sinhua” agentliyi məlumat yayıb.
Məlumata görə, hücum zamanı daha bir nəfər ağır yaralanıb.
Qeyd edək ki, 2004-cü ildə Somalidə yaradılan “Əş-Şəbab” qruplaşmasının 10 minə yaxın silahlısı var.