Çin həm Rusiya, həm də Ukrayna tərəfindən tanınan sülh konfransının tərəfdarıdır.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenskinin Çin prezidenti Si Cinpinə çağırışını Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq şərh edib.
"Çin böhranın sülh yolu ilə həllinə töhfə verən bütün səyləri təşviq edir və dəstəkləyir. Həmçinin həm Rusiya, həm də Ukrayna tərəfindən tanınan beynəlxalq sülh konfransının vaxtında çağırılmasını dəstəkləyir", - deyə diplomat bildirib.
Adəm Abbaslı