İsrailliləri girov saxlayan HƏMAS üzvü məhv edildi
Bakıda restoranda yanğın
Həbsdə olan vəkildən hakimə qarşı etiraz
Bakıdakı 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri, həbsdə olan vəkil Sümbülə Əliyevanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
QÜTB.AZ xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Şahid Pərvanə Əliyeva ifadəsi zamanı onu işə Sümbülə Əliyevanın götürdüyün deyib:
"15 il məktəbdə laborant kimi işləmişəm. Daha sonra atam Sümbülə xanımdan məni işə götürməsi ilə bağlı xaiş etdi. İşdə mənə öyrədilənləri edirdim. Mənə verilən pulları kassaya yığılırdı. Sonra da müqavilə jurnalına köçürürdük. Mən hər dəfə məxaric kağızlarını Sümbülə xanımdan istəyirdim. Hər dəfə mənə bu kağızı vermirdi".
Sümbülə Əliyeva isə ona "Mənim işlərim olurdu, məsləhətxanada olurdum ki" deyə cavab verib. Hakim Mahmud Ağalarov isə Sümbülə Əliyevanın şahidə suallarına etiraz edib.
Sümbülə Əliyeva hakimə müraciətdıə "İşə baxmağınıza etiraz edirəm, belə işə baxmırlar", deyib.
Daha sonra iş üzrə digər şahidlər Taliyə Gəncəliyeva və Tofiq Aslanov ifadə verməyə dəvət edilib.
Hakim hər iki şəxsin məhkəmədə bir dəfə dindirildiyini və həm istintaqda, həm də məhkəmədə verdikləri ifadəlıri təsdiq etdiklərini deyib.
Proses mayın 20-də davam etdiriləcək.
İttihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib. O, Cinayət Məcəlləsinin 179.3.2 və 213.1-ci maddəsi ilə ittiham edilir. Zərərçəkmiş qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.
Sümbülə Əliyeva bir çox tanınmış şəxsin vəkili olub. Onun cinayət içi üzrə məhkəmədən yayınması əsas gətirilərək ötən ay barəsində həbs qətimkan tədbiri seçilib.