Kalininqrad vilayətində 40 yaşlı rusiyalı iki yaşlı qızının sağlamlığına ağır zərər vurmaqda ittiham olunaraq məhkəmə qarşısına çıxarılacaq.
Publika.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi regional idarəsi məlumat yayıb.
İstintaqın məlumatına görə, fevralın 8-də evdə sərxoş olan şəxs əylənmək qərarına gəlib və avtomobilin radiatoruna atəş açmağa başlayıb. O, yenidən atəş açıb, bu dəfə güllə hədəfdən yayınıb və yanında oturan qızının başına dəyib. Zərərçəkmiş təcili xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilib.
Hazırda uşağın həyatı və sağlamlığı üçün təhlükə yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayətə görə təqsirini tam etiraf edib. Cinayət işi təsdiq edilmiş ittiham aktı ilə birlikdə mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.
Hüseyn İbadlı