Müdafiə Nazirliyinin Hərbi Polis idarəsinin və bir neçə hərbi hissənin maliyyə-xidmət rəisi işləmiş Sadiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
QÜTB.AZ Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Sadıq Hacıyev 11 il müddətində azadlıqdan mərhum edilib.
Qeyd edək ki, Maliyyə Nazirliyinin apardığı yoxlamalar zamanı Sadiq Hacıyevin 1.5 milyon manat mənimsədiyi məlum olub . Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. Xatırladaq ki, Sadiq Hacıyev Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general Nizami Məmmədov və digərləri barəsində olan 143 milyon manatlıq mənimsəmə ilə bağlı keçirilən məhkəmədə şahid qismində dindirilib. O bildirib ki, işlədiyi müddətdə maliyyə hesabına köçürülən şişirdilmiş məbləğlərin 40 faizini özünə götürüb, 60 faizini isə rəhbərliyə verib. O, qanunsuz tapşırıqları da işlədiyi hərbi hissənin tabe olduğu korpusun maliyyə şöbəsinin rəisindən aldığını etiraf edib.