21.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Ermənistanı frıldaqçılar bürüyüb - Polis HƏRƏKƏTƏ KEÇDİ

07 avq 2024 17:00
GÜNDƏM
ads

Bu günlərdə İrəvanda dələduzluqla pul oğurlamağın yeni üsulu qeydə alınıb.

QÜTB.AZ xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir:

“Şəhər telefonlarına naməlum şəxslərdən zənglər gəlib ki, guya başqa ölkədə olan qohumumuz qəzaya düşüb və ya bir nəfəri vurub, təcili olaraq müalicə üçün pul köçürmək lazımdır. Sözügedən zənglərdən sonra müəyyən şəxslər vətəndaşların mənzillərinə gələrək aldatma yolu ilə pullarını alıblar. Polisdən alınan məlumata görə, xüsusilə də vətəndaşlardan aldadaraq 66 min dollar oğurlanıb.

İyulun 27-dən bu günə kimi İrəvanda bu üsulla törədilən 28 dələduzluq faktı qeydə alınıb. Daxili İşlər Nazirliyi xəbərdarlıq edir və xahiş edir ki, dələduzluğun qurbanı olmamaq, tanımadığı şəxslərdən daxil olan məlumatlara etibar etməmək, dost və qohumlardan gələn mesajların düzgünlüyünü yoxlamaq lazımdır”.

Adəm Abbaslı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
133 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur