04.05.25 | Bakı 15.03° C |
10:06:25
Lent :

Rumıniyada seçkilər: ardıcıl həkimə getmək lazımdır

04 may 2025 06:00
DÜNYA
ads
Advertisement

Rumıniya mayın 4-də ölkənin yeni prezidentini seçmək üçün səsverməyə hazırlaşır. 18 milyon seçicinin iştirak edəcəyi seçkilər keçən il noyabrın 24-də keçirilən, lakin Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilən səsvermədən sonra ikinci dəfə təşkil olunur.

 

Modern.az xəbər verir ki, o vaxt seçkilərin ləğvi ilə bağlı rəsmi səbəb kimi müstəqil millətçi namizəd Kalin Corceskunun kampaniyası zamanı troll dəstələri, saxta sosial media hesabları və haker hücumları kimi qeyri-qanuni üsullardan istifadə etməsi göstərilib. 2025-ci il martın 15-də Konstitusiya Məhkəməsi Corceskunun namizədliyini rəsmən ləğv edərək onu seçki yarışından kənarlaşdırıb.

 

Son sorğulara görə, indiki seçkilərdə əsas rəqabət "Rumınların Birləşməsi Alyansı"nın lideri Corce Simon (31 faiz) ilə hakim koalisiyanın vahid namizədi Krin Antonesku (25 faiz) arasında gedir.

 

38 yaşlı Corce Simon milli suverenliyin gücləndirilməsi və "sülh prezidenti" kimi fəaliyyət göstərmək vədləri ilə seçicilərin diqqətini cəlb edir. 66 yaşlı təcrübəli siyasətçi Krin Antonesku isə NATO və Aİ ilə daha sıx inteqrasiyanın tərəfdarı kimi çıxış edir.

 

Seçkiyə cəlb olunan digər diqqətçəkən namizədlər arasında Buxarestin meri Nikuşor Dan (19,4 faiz), keçmiş baş nazir Viktor Ponta (14,8 faiz) və "Rumıniyanı Xilas İttifaqı"nın lideri Yelena Laskoni (7,3 faiz) var.

 

Rumıniya konstitusiyasına görə, prezident 5 il müddətinə seçilir və iki dövr xidmət edə bilər. Seçki qaydalarına görə, namizədlərdən heç biri birinci turda səslərin 50 faizdən çoxunu qazana bilməsə, iki həftə sonra ikinci tur keçiriləcək.

 

Müşahidəçilər qeyd edirlər ki, bu seçkilər Rumıniyanın gələcək xarici siyasət istiqamətini müəyyənləşdirəcək. Seçki nəticələri ilə bağlı ilkin məlumatların mayın 4-də axşam saatlarında açıqlanması gözlənilir.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
151 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur