Mədəniyyət naziri Anar Kərimov mayın 26-da Ağdam rayonunun Quzanlı qəsəbəsində Ağdam, Ağcabədi və Laçın rayonlarından olan vətəndaşların qəbulunu keçirib.
Nazirlikdən Qutb.az-a verilən xəbərə görə Mədəniyyət naziri Anar Kərimov və Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsini ziyarət edərək önünə tər çiçəklər qoyublar.
Qəbuldan sonra nazir Anar Kərimov Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun müşayiəti ilə Ağdam rayonunda bir sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub.
Daha sonra nazir Ağdam Muğam Mərkəzində konsert proqramında iştirak edib. Konsertdə “Şur” ansamblının ifasında bir-birindən maraqlı musiqi nömrələri səsləndirilib.