Türkiyə Superkubokunun final görüşü Azərbaycanda keçirilə bilər.
Publika.az xəbər verir ki, bu iddia ilə “Fotospor” nəşri çıxış edib.
Mənbənin məlumatına görə, Səudiyyə Ərəbistanında keçirilməsi nəzərdə tutulan, lakin məhdudiyyətlər səbəbindən təxirə salınan qarşılaşmanın təşkil edilməsi üçün Azərbaycan tərəfi Türkiyə Futbol Federasiyasına məktub ünvanlayıb.
Həm federasiya, həm də Superkubokun iştirakçıları olan “Qalatasaray” və “Fənərbağça” klubları yaxın günlərdə təklifə cavab verəcəklər.
Qarşılaşmanın Türkiyənim şəhərlərindən birində baş tutacağı ehtimalı daha yüksək qiymətləndirilir.
Qeyd edək ki, 2023-cü il dekabrın 29-da keçirilməli olan Türkiyə Superkuboku Səudiyyə Ərəbistanının bir neçə tələb irəli sürməsi səbəbindən təxirə salınıb.
Heybət