Beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq məqsədilə iyulun 15-dən 24-dək Ermənistanda “Eagle Partner” adlı birgə erməni-amerikan təlimləri keçiriləcək.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-ın Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edəcək.
Təlimin məqsədi sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin koordinasiya səviyyəsinin yüksəldilməsi, idarəetmə və taktiki rabitə sahəsində qabaqcıl təcrübənin mübadiləsi, o cümlədən erməni bölməsinin döyüş hazırlığının artırılmasıdır.
Cəmilə