28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Elektromobil satışında daha bir rekord

14 dek 2024 07:00
GÜNDƏM
ads

Qlobal elektromobil satışları noyabr ayında illik müqayisədə 32 faiz artaraq, ardıcıl üçüncü ay rekorda imza atıb.

QÜTB.AZ xəbər verir ki, bunu “Rho Motion” tədqiqat şirkətinin dərc etdiyi məlumatlar sübut edir.

“Reuters” agentliyi yazır ki, ay ərzində ümumi elektromobil satışlarının demək olar 70 faizi Çinin payına düşür və ölkənin satış artımında liderliyi davam edir. Avropada isə bir qədər azalma müşahidə olunur.

Çində artan tələbat və istehsal digər yerlərdə elektromobil bazarlarını təhdid etdiyi üçün bazar kritik dəyişikliklərə məruz qalır. Məsələn, Avropa ölkələri istehsal xərcləri, yeni karbon hədəfləri və artan rəqabətin öhdəsindən gəlmək üçün var gücü ilə mübarizə aparır.

Avropa və Amerikadakı avtomobil istehsalçıları bildirirlər ki, artan ticarət gərginliyi, CO2 emissiyalara dair tənzimləmə qaydaları və bəzi ölkələrdə stimullaşdırıcı tədbirlərin ləğvi qiymətlərə təsir edir və minlərlə işi yeri risk altında qalır.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur