Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında ( KTMT ) iştirakını dayandırıb.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib .
Paşinyan izah edib ki, onun nöqteyi-nəzərindən Ermənistanla bağlı kollektiv təhlükəsizlik sazişi yerinə yetirilməyib və bu, təsirsiz qala bilməz.
"Bu baxımdan Ermənistan KTMT-də iştirakını dondurur", - Paşinyan elan edib.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı 2002-ci ildə yaradılıb. KTMT-yə altı dövlət daxildir: Ermənistan, Belarus , Qazaxıstan , Qırğızıstan , Rusiya və Tacikistan .
Hüseyn İbadlı