“Sovet dövləti yaradılanda ideologiyanı yaymaq üçün əsas vasitə kolleclər idi. Bu gün təhsilin digər sahələrində necə ki kolleclərə ehtiyac yoxdur, eyni zamanda musiqi məktəblərində də olmamalıdır”.
Qutb.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin rəhbəri Anar İngəndərov “İncəsənət məktəblərində müəllim keyfiyyəti" adlı tədbirdə çıxışı zamanı bildirib.
O qeyd edib ki, uzun müddətdir Elm və Təhsil Nazirliyi (ETN) bu prosesin içindədir.
“Məlum olur ki, kollec bitirib saxta diplomla müəllimlik edən çox sayda şəxs var idi. Nəticələr göstərir ki, mədəniyyət sahəsində də saxta diplomlu müəllimlər var”.
“Sertifikasiya imtahanından kəsilən müəllimlər 25-30 il dərs deyib sonra deyir mənim haqqımı ver. ETN-in təcrübəsi göstərdi ki, bu sahədə kifayyət qədər boşluqlar var. İndi də Mədəniyyət Nazirliyi bu işlə məşğuldur.
Mən əminəm ki, Mədəniyyət Nazirliyinin də bu sahədə gördüyü işlər nəticəsini verəcək və savadı olmayan bütün müəllimlər işindən azad olunacaq.
Biz cəmiyyətin inkişafına mane olanları işdə saxlamamalıyıq” - deyə deputat qeyd edib.