Qazaxıstanda Milli Qvardiyanın baş komandanının texnika və silahlanma üzrə müavini general-mayor Konstantin Voronkin saxlanılıb.
QÜTB.AZ xəbər verir ki, onun 2023-cü ildə rüşvət aldığı müəyyən edilib.
Qazaxıstan Daxili İşlər Nazirliyi bu barədə yayılan xəbərləri təsdiqləyib. Nazirliyin məsələ ilə bağlı yaydığı məlumatda deyilir:
"DİN Milli Qvardiyanın baş komandanının müavininin qanunsuz əməl törətməkdə şübhəli bilinərək saxlanılmasını təsdiqləyir. Nazirlik öz sıralarında korrupsiyanın hər hansı təzahürlərinə dözümsüzlüklə bağlı prinsipial mövqeyini ifadə edir, bununla bağlı mövcud qanunvericilik çərçivəsində obyektiv və hərtərəfli araşdırma aparılır".