Amerika prezidenti Co Baydenin administrasiyası İsrail və Fələstin arasında münaqişənin Yaxın Şərqdə yeni müharibəyə çevrilməsi ehtimalına hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən yazır.
Nəşrin fikrincə, bu, Amerika liderinin yenidən seçilməsi üçün risklər daşıyır. Müəllif qeyd edib ki, Bayden administrasiyasının rəsmiləri Vaşinqtonun Qəzzadakı müharibənin daha geniş, uzanan regional münaqişəyə çevrilməsinə cavab verməsi üçün planlar hazırlayır.
Onun sözlərinə görə, hakimiyyət ABŞ-ın yeni müharibədə mümkün iştirakının ssenarilərini müzakirə edir.
Hüseyn İbadlı