Müqaviləsi iyunun 30-da başa çatdıqdan sonra PSJ-dən ayrılacaq hücumçu Kilian Mbappe aprelin maaşını və fevraldakı bonusunu almayıb.
Publika.az xəbər verir ki, ümumilikdə bu məbləğ təxminən 80 milyon avrodur. Bu barədə "L'Equipe" məlumat yayıb.
PSJ prezidenti Nasser Əl-Xelaifi sədaqət bonusunun fransalı futbolçunun yayda azad agent kimi keçəcəyi "Real" tərəfindən ödənilməsini istəsə də, Madrid klubu bundan imtina edib. Bundan sonra PSJ futbolçuya aprel ayı maaşını və bonusu verməyib.
İndi hər iki tərəfin vəkilləri həll yolu tapmaq üçün danışıqlar aparır. PSJ ödənilən loyallıq bonusunu geri qaytarmaq istəyir, Mbappe isə müqaviləyə uyğun olaraq haqqını tələb edir.
Heybət