Qeyri-zorakılıq və irqi bərabərlik haqqında fikirləri ilə dünyada tanınan amerikalı fəal Martin Lüter Kinqin oğlu Dekster Skott Kinq 62 yaşında prostat xərçəngindən vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə qeyri-hökumət təşkilatı "King Center" tərəfindən məlumat verilib:
“Doktor Martin Lüter Kinq və xanım Koretta Skott Kinqin kiçik oğlu və üçüncü övladı bu gün, yanvarın 22-də vəfat edib. O prostat xərçənginə qarşı cəsarətli mübarizəsindən sonra həyatla vidalaşdı”.
Dekster Skott Kinqin ölümü ilə bağlı ABŞ-ın sabiq prezidenti Barak Obama da başsağlığı verib:
“Dekster Skott Kinqin vəfatını eşitməkdən kədərləndim. Dekster Martin Lüter Kinq və Koretta Skot Kinqin kiçik oğlu idi. O, həyatını onların irsini qorumağa həsr etmişdi”.
Aysel Şahmar