Avropada, xüsusən də Almaniyada bağlı qapılar arxasında belə bir fikir formalaşıb ki, Ukrayna ərazi məsələsində güzəştə getməli olacaq.
QÜTB.AZ xəbər verir ki, hərbi analitik Karlo Masala ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Kiyevə bu istiqamətdə təzyiq göstərəcəyini deyib.
“Zelenski güman etməlidir ki, Donald Tramp ABŞ-ın gələcək prezidenti kimi Ukraynaya ərazi güzəştlərinə getməsi üçün təzyiq göstərəcək... Bu tələb həm də Avropa siyasətində, xüsusən də Almaniya Federativ Respublikasında üstünlük təşkil edən fikirdir, baxmayaraq ki, bu barədə ucadan danışmırlar”, - deyə Masala bildirib.
Bu gün ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, Ukrayna Rusiya ilə sülh əldə etmək üçün ərazi güzəştləri ilə bağlı öz mövqeyini müəyyən etməlidir.
Hüseyn İbadlı