Türkiyə millisinin üzvü Merih Demiral UEFA tərfindən cəzalandırıla bilər.
Publika.az xəbər verir ki, buna səbəb Avro-2024-ün 1/8 finalında Avstriya ilə oyunda dubl edən müdafiəçinin qol sevincini "Bozqurd" işarəsi ilə qeyd etməsidir. Merihin bu hərəkəti UEFA-nın İntizam Komitəsi tərəfindən uyğunsuz davranış kimi qiymətləndirilib.
Qurum rəsmi saytında məsələ ilə bağı araşdırmaya başlanıldığını açıqlayıb.
Heybət